Ridli Skott "Xəzinə adası" filminin rejissoru olacaq...

.. Hyu Cekman Con Silver rolunu canlandıracaq...

...Deadline şirkətinin sənaye mənbələrinə istinadən verdiyi məlumata görə, britaniyalı rejissor Ridli Skott Robert Luis Stivensonun "Xəzinə adası" romanının yeni film adaptasiyası üzərində işləməyə hazırlaşır.

Onların sözlərinə görə, aktyor Hyu Cekman pirat lideri Con Silver rolunu canlandıracaq.

Hazırlanmış ssenari və aktyor heyəti ilə tamamlanmış layihə 8 iyunda böyük kinostudiyalara təqdim olunacaq.

Filmin hüquqları uğrunda rəqabət gözlənilir.

Lakin, Skottun ənənəvi əməkdaşı olan 20th Century Studios, birinci seçim imkanına baxmayaraq, layihədən imtina edib. Mənbələrə görə, bu qərar studiyanın sahibi Disney-in "Karib dənizinin piratları" franşizasını inkişaf etdirməyə diqqət yetirməsi və iki pirat layihəsi arasında rəqabət yaratmaq istəməməsi ilə bağlıdır.

1883-cü ildə nəşr olunan "Xəzinə adası" romanı dünya ədəbiyyatının ən məşhur macəra hekayələrindən biri hesab olunur. Kitab 50-dən çox dilə tərcümə olunub və ümumi tirajı 100 milyon nüsxəni keçib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə