Türkmənistanın Arkadağ şəhər kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub. Mərasimdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, ədəbi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Açılışdan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov artıq dünyanın 19 şəhərində "Azərbaycan ədəbiyyatı guşəsi"nin yaradıldığını qeyd edib. O, guşənin yaradılmasını iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Direktorun sözlərinə görə, belə layihələr xalqlar arasında mədəni dialoqun inkişafına, oxucuların Azərbaycan müəlliflərinin əsərləri ilə daha yaxından tanış olmasına imkan yaradır:
"Türkmənistanın Arkadağ şəhərində yaradılan "Azərbaycan ədəbiyyatı guşəsi" də iki qardaş xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu Təşəbbüs gələcəkdə kitab mübadiləsi, birgə nəşr layihələri və digər ədəbi-mədəni əməkdaşlıq istiqamətlərinin genişlənməsi üçün yeni imkanlar açacaq".
Daha sonra təqdim olunan nəşrlər barədə qonaqlara ətraflı məlumat verilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB