Əməkdar artistə musiqi məktəbində vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib. Mətbuatda yer alan məlumata görə, B.Niftəliyev məktəbin Xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. Təyinatla bağlı məktəbin rəhbəri Teymur Göyçayev əmr imzalayıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. O, uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə