5 ölkə İsrailə görə “Avroviziya”dan imtina etdi!

İsrailə görə beş ölkə “Avroviziya”da iştirakdan imtina edib. SİA-nın məlumatına görə, bu barədə BBC məlumat yayıb.

“İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya İsrailin müsabiqəyə qatılmasına etiraz olaraq 2026-cı ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsini boykot edir. Bu, şounun 70 illik tarixində ən böyük boykotdur”, - məlumatda qeyd olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə