...“İblis prada geyir” filminin davamı dünya miqyasında kassa uğurlarını davamlı olaraq artırsa da, mətbuat filmin baş rol aktrisalarının maaşlarını açıqlayıb.
SİA xəbər verir ki, “Variety” jurnalına görə, Meril Strip, Enn Heteuey və Emili Blant öz ikonik rollarına qayıtdıqları üçün hər biri 12,5 milyon dollar alıblar.
Mənbələrə görə, Meril Stripin iştirakı 20th Century Studios üçün əsas şərt olub. İddialara görə, aktrisaya xeyli yüksək maaş təklif olunub, lakin o, həmkarları üçün bərabər şərtlərdə israr edib.
Nəticədə, hər üç ulduz bərabər əmək haqqı ilə müqavilələr imzalayıb. Sabit maaşdan əlavə, aktrisalar kassa gəlirlərinin müəyyən faizini də alacaqlar. İnsayderlər iddia edirlər ki, film yaxşı performans göstərməyə davam edərsə, onların ümumi qazancı hər biri 20 milyon dolları keçə bilər.
Bu günə qədər yenidən Devid Frankelin rejissorluğu ilə çəkilən film dünya miqyasında 300 milyon dollardan çox gəlir əldə edib.
\Davam filmi təkcə açılış həftəsonunda 233 milyon dollardan çox qazanc əldə edərək ilin ən uğurlu açılışlarından birinə çevrilib. Stenli Tuççi də davam filmi üçün geri qayıdır və Castin Teru və Lüsi Liu franşizanın yeni ulduzları arasındadır. Orijinal 2006-cı il filmi Loren Vaysberqerin eyniadlı romanı əsasında çəkilib.
Hekayə yazıçının "American Vogue" jurnalının baş redaktoru Anna Vinturun köməkçisi kimi şəxsi təcrübəsinə əsaslanır. Məhz onun həyatının bu dövrü moda jurnallarının pərdəarxası dünyası haqqında ikonik hekayəyə ilham verib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB