Corc Kluni və Amal qırmızı xalçada görünüblər...

...Hollivud aktyoru Corc Kluni və həyat yoldaşı Amal uzun müddətdən sonra ilk dəfə qırmızı xalçada görünüblər.

Cütlük Nyu-York şəhərində keçirilən 51-ci Çarli Çaplin mükafatları mərasimində iştirak ediblər.

“Oskar” mükafatı qazanan Kluniyə “aktyor, rejissor və prodüser kimi çoxşaxəli karyerasına, eləcə də qlobal humanitar fəaliyyətinə görə” fəxri mükafat təqdim edilib.

SİA xəbər verir ki, “Just Jared”-in məlumatına görə, təşkilatçılar həmçinin aktyorun nadir prinsiplərə və uzun illər qüsursuz nüfuzunu qoruyub saxlaya bilən böyük yumor hissinə malik bir insan olduğunu vurğuladılar.

...Məşhur cütlük nadir hallarda ictimaiyyəti birgə çıxışlarla mükafatlandırır. Bu axşam üçün 64 yaşlı Kluni sınaqdan keçirilmiş və əsl qara smokinq və kəpənək qalstuk seçmişdi. 48 yaşlı Amal isə əksinə, Pierpaolo Piccioli-nin yeni yay kolleksiyasından Balenciaga-dan cəsarətli mini don geyinərək diqqət çəkən bir görünüş seçib.

SİA-nın əlavəsi: Deməli, Amal Kluni,..əvvəlki adı Amal Alamuddin 1978-ci ildə Beyrutda anadan olub. O, Livan əsilli Britaniya vəkilidir.

Amal hazırda Parisə köçüb təsərrüfatla məşğul olmaq istəyən amerikalı aktyor Corc Kluninin soxsaylı “arvadlarının” sonuncusudur,..hələ ki...

...Və onu da deyim ki, onlar 27 sentyabr 2014-cü ildə İtaliyanın Venesiya şəhərində evləniblər. Toyun”tamadası” Kluninin dostu və Romanın keçmiş meri Valter Veltroni olub.

2017-ci ilin fevral ayında cütlüyün əkiz uşaqlar gözlədiklərini elan ediblər.

2017-ci ilin iyununda Amal Ella adlı bir qız və Aleksandr adlı bir oğul dünyaya gətirib və...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə