…“Şeytan Prada geyir-2” filmi aprelin sonunda kinoteatrlara çıxacaq. Bu, eyni adlı əfsanəvi filmin davamıdır.
Böyük premyeradan əvvəl baş rollardan birini canlandıran Enn Xeteuey “People” jurnalına müsahibə verib.
SİA-nın əldə etdiyi məlumata görə, jurnalistlə söhbətində o, qocalma və kino sənayesindəki uzun karyerasından bəhs edib.
Xetuey həyatının hər yeni onilliyinə qorxu ilə deyil, maraqla baxdığını qeyd edib.
…İnşaallah, uzun və sağlam bir həyat yaşamaq istərdim. Ümid edirəm ki, belədir, - deyə 43 yaşlı aktrisa “Allah qoysa” kimi tərcümə olunan ərəb ifadəsindən istifadə edərək bildirib.
Bu, təkcə ərəblər tərəfindən deyil, digər ölkələrdəki müsəlmanlar tərəfindən də geniş istifadə olunur.
Yaxın Şərq tamaşaçıları aktrisanın ərəb dilindən istifadəsini həvəslə qarşılayıblar.
Onun müsahibəsinin videosu TikTok-da 300.000-dən çox bəyənmə toplayıb.
SİA-nın əlavəsi: Enn Jaklin Xetuey 1982-ci ildə Nyu-Yorkda anadan olub. Amerikalı aktrisa və müğənnidir. O, “Ən yaxşı səsləndirmə performansı”na görə “Emmi” (2010), “Qızıl Qlobus” (2013), Ekran aktyorları gildiyası mükafatı (2013), BAFTA (2013) və “Oskar” mükafatı (2013) qazanıb.
Enn 2009-cu ildə Forbes Celebrity 100 siyahısına daxil edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB