Festivala 40-dan çox ölkə öz filmlərini gətirib

Sankt-Peterburqda “İnsana mesaj” sənədli, qısametrajlı, bədii və cizgi filmlərinin beynəlxalq film festivalı keçirilir. Festivalın proqramına 44 ölkədən 189 film daxildir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şəhər administrasiyasının mətbuat xidmətindən aydınlıq gətirilib.

Qeyd edilir ki, müsabiqə proqramına 63 film daxil edilib, onlar tamaşaçılar və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Rusların yazdığına görə, festivala 2 mindən çox müraciət daxil olub.

Onu da qeyd edək ki, festival oktyabrın 28-dək davam edəcək. Filmlər Dom Kino kino mərkəzində, LenDok kinostudiyasında, Avrora, Rodina, Anqleter, Lenfilm və Giant Park kinoteatrlarında, Radio Evində, Aleksandrinski Teatrının Yeni Səhnəsində və “Söz” kitab mağazasında nümayiş olunacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə