"Şəhər günlərində keçirilən bütün tədbirlər tarixə düşür" - DEPUTAT FİKİR BİLDİRDİ

“Qarabağ Azərbaycan mədəniyyət və incəsənətinin mərkəzlərindən biridir. Təsadüfi deyil ki, Şuşa şəhəri keçən il Azərbaycanın, bu il isə Türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Qarşıdakı ildə isə İslam dünyasının mədəniyyət paytaxtı olacaqdır. Füzulidə keçirilən tədbirlər də göstərdi ki, Azərbaycan dövləti Qarabağa yalnız iqtisadi baxımdan dirçəltmək istiqamətində öz münasibətini ifadə etmir, eyni zamanda Qarabağı incəsənət və mədəniyyət məkanı olaraq da dirçəldir. Burada da Qarabağın tarixinin çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimiz bərpa edildikcə, onların hər birində müxtəlif formatlarda görüşlər keçirilir, qonaqlar qəbul edilir: “Cənab Prezidentin sərəncamı ilə işğaldan azad edilən torpaqlarımızda şəhər günləri keçirilir. Keçirilən tədbirlər həm də şəhərlərin öz mədəni ruhunun geri qaytarılması deməkdir. Həmçinin incəsənət və mədəni nümunələrlə zəngin olan tədbirlər Qarabağ və Şərqi Zəngəzurun strateji və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkə mədəniyyətinə verəcəyi töhfələrin göstəricisidir. Şəhər günlərində keçirilən bütün tədbirlər tarixə düşür və xalqımız üçün unudulmaz anlara çevrilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə