Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycanın paytaxtı Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan görüşlərinin son günündə E.Tatar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda sədr Günay Əfəndiyeva ilə görüşüb.
“Qardaş ölkə Azərbaycanda səmərəli əlaqələrimiz var” deyən Qıbrız prezidenti Türkiyə, ŞKTR və Azərbaycanı “Bir millət, üç dövlət” olaraq gördüklərini və digər türk dövlətləri ilə daha çox həmrəy olmaq istədiklərini bildirib.
Şimali Kiprin böyük türk millətinin bir parçası olduğunu vurğulayan Ersin Tatar türk dövlətləri ilə eyni milli hədəfləri paylaşdıqlarını nəzərə çatdırıb.
Günay Əfəndiyeva da öz növbəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrlə əməkdaşlıq münasibətlərindən danışaraq bu əlaqələrin ŞKTR ilə də qurulacağına inandığını söyləyib, eyni dildə danışdıqlarını, eyni kökə malik olduqlarını və ortaq genetik kodun praktikada nümayiş etdirilmənin zamanı çatdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB