“Xalqın ədəbiyyatı inkişaf etdikdə, kino da inkişaf edir” - ŞƏRH EDİLDİ

“Bakıda “Korkut Ata” III Türk Dünyası Film Festivalının keçirilməsi türk dünyasının mədəni həyatında mühüm hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, son illər türk dünyasında mədəniyyətin ən müxtəlif sahələri çox intensiv şəkildə dialoqa girir: “Bir növ türk məkanında inteqrasiya prosesləri güclənib. Bu bütün Türk dünyasının maraqlarına uyğun gəlir. Mahiyyət etibarilə türk dünyasının siyasi inteqrasiyasını mədəni, mənəvi inteqrasiyası müəyyənləşdirir. Yəni bizim ortaq köklərimiz nəticə etibarilə ortaq siyasət yürütməyə, ortaq iqtisadi maraqları təmin etməyə gətirib çıxarır.

Türk dünyası film sahəsində kifayət qədər imkanları geniş olan bir platformaya sahibdir. Bu gün axtarışlar dövrüdür və bu kinonu yalnız sənaye kimi səciyyələndirmir. Xalqın ədəbiyyatı inkişaf etdikdə, kino da inkişaf edir. Artıq üçüncü dəfə belə bir film festivalının keçirilməsi isə bu sahədə Türk dünyasının əldə etdiyi nailiyyətlərdən xəbər verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə