"Avroviziya" üçün 214 mahnı təqdim edildi

"İctimai TV"nin iyulun ortasında "Avroviziya" müsabiqəsi üçün elan etdiyi mahnılarım seçim turu başa çatıb.

SİA xəbər verir ki, İTV bununla bağlı məlumat yayıb. Bildirilib ki, seçim üçün 214 mahnı təqdim edilib. Onlardan 88-i azərbaycanlı müəllifə, 125-sı isə xarici bəstəkarlara məxsusdur.

Məlumatda Azərbaycanı təmsil edəcək iştirakçının və səsləndiriləcək mahnının nə vaxt açıqlanacağı bildirilməyib.

Qeyd edək ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışma mayın 7, 9 və 11-də gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə