Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Ağdam Dövlət Dram Teatrı 100-cü (yubiley) mövsümü Sahib İbrahimlinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dərs” tamaşası ilə açıb.

SİA-nın əldə etdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları Nuranə Əliyeva, Camal Zamanov, Qalib Abdullazadə, Hakim Cəfərli, Anar Əhmədov ifa ediblər. Maarifləndirici tamaşada bir qrup gəncin narkomaniya bəlasına düçar olmasından bəhs edilir.

Tamaşa Ağdam ictimaiyyəti və teatrsevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə