Adil Kərimli Mingəçevirdə mədəniyyət müəssisələrində – FOTO
Sentyabrın 28-də mədəniyyət naziri Adil Kərimli Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Nazirlikdən SİA-ya bildirilib ki, qəbuldan sonra nazir şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
İlk olaraq Mingəçevir Dövlət Dram Teatrına baş çəkən nazirə mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları, cari vəziyyəti və repertuarı haqqında məlumat verilib.
Nazir daha sonra Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi Məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası, Tarix Muzeyi, Mədəniyyət Mərkəzi, MKS-nin 9 saylı filialına baxış keçirib.
Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB