Heydər Əliyevə həsr olunan musiqi əsərlərindən ibarət tədbir keçirilib - FOTOLAR

“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində Heydər Əliyevə həsr olunan musiqi əsərlərindən ibarət tədbir keçirib. SİA xəbər verir ki, tədbir Bəstəkarlar İttifaqı ilə birgə keçirilib. Tədbir “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının açılış nitqi ilə başlayıb: “Baş tutan tədbirlər Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında zərrə qədər də olsa borcumuzu ödəməkdir. Heydər Əliyev və Azərbaycan mədəniyyəti dedikdə mədəniyyətimizin müxtəlif sahələri nəzərdə tutulur. Bu sahələrin bir çoxu üzrə tədbirlər keçirilib. Bu gün isə tədbirlərimizə musiqi ilə yekun vurmağı qərar aldıq. Burada məhz Ulu Öndər Heydər Əliyevə həsr edilmiş musiqi nümunələri səsləndiriləcək”.

Tədbirdə Bənövşə uşaq xorunun ifasında “Heydər Babamız”, “Babamın ad günü”, Əməkdar artist Nərgiz Əliyevanın ifasında “Prelüdlər” musiqiləri səsləndirilib. Eyni zamanda “Darıxıram”, “Ulu Öndərə ithaf”, “Bir millət iki dövlət”, “Ulu Öndər”, “Zəfər Marşı” musiqi nümunələri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə