Yakutiya istehsalı olan film niyə bloklanıb?

Yəqin ki, bu ruslara sərf eləmir..?

Deməli, bu arada Rusiya Mədəniyyət Nazirliyi,.. Roskomnadzor Yakutiyalı kinorejissor Stepan Burnaşevin “Aita” filmini blokladığı məlum olub.

Əsas bilirsiniz nə gətirilib..?

Guya film Rusiya xalqlarının birliyi prinsiplərinə ziddir. Filmdə Yakut millətçiliyi təbliğ olunur.

Qeyd edək ki, filmdə, Yakut kəndinin sakinləri rus polisinin törətdiyi cinayətdən, onun əssasız hücumlarından şübhələnirlər. Amma sonradan qəhrəmanın günahsız olduğu ortaya çıxır.

Onu da qeyd edək ki, Yakutiyada yerli qəzetlərdən biri rus səlahiyyətlilərinin kino ilə mübarizə etməyə başlamasını, ölkədə ekstremistlərin sona çatması ilə əlaqələndirib.

Bu arada Yakutiya başçısı Aisen Nikolaev, son bir şərhində, Stepan Burnaşev və başqa bir Yakut rejissor Dmitri Şadrinə dəstək nümayiş etdirib.

Maraqlıdır ki, Yakutiyanın sakinləri ilə birbaşa xətt olan bölgənin rəhbəri, tənzimləyicilərin Rusiya bazarında populyarlaşması səbəbindən Yakut kinosunu məhdudlaşdırmağa çalışdığını irəli sürüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə