Türkiyədən də xəstəxana, sağlamlıq turizmi agentliklərinin qatıldığı Özbəkistan-Türkiyə Sağlamlıq Xidmətləri və Sağlıq Turizmi Sərgisi (Health Uzbekistan-2023) keçirilir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə ikinci dəfə təşkil edilən və 20-dən çox xəstəxana və səhiyyə qurumlarının yer aldığı sərginin açılışında Türkiyənin Özbəkistan səfiri Olqan Bekar, Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi Cəlaləddin Asamıddinov və çoxlu sayda qonaq iştirak edib. Türkiyədən də turizm agentlikləri sərgiyə qatılıb.
C.Asamıddınov çıxışında ölkədə tibb sisteminin inkişafı üçün xarici ölkələrin səhiyyə sistemlərindən və təcrübələrindən yararlanmaq məqsədilə müxtəlif biznes forumları və tədbirlərin təşkil edildiyini və onların iş adamları üçün lazımi şəraiti təmin ediləcəyini bildirib.
Səfir Olqan Bekar Türkiyənin səhiyyə sektoruna qoyduğu sərmayələr, beynəlxalq miqyasda müvəffəqiyyət qazanan həkimləri və tibb sahəsindəki yeniliklərə sürətlə uyğunlaşması sayəsində dünyanın üstünlük verilən ölkələrdən birinə çevrildiyini vurğulayaraq deyib: “Özbəkistanın Türkiyənin səhiyyə sektoruna investisiyalarına ehtiyacı var. Bu cür tədbirlər türkiyəli sərmayəçilərin Özbəkistanın səhiyyə sektoruna sərmayə qoyması üçün əhəmiyyət daşıyır”.
Özbəkistan vətəndaşlarının böyük marağına səbəb olan sərgi sentyabrın 28-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB