Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Şahmar Ələkbərov mənim üçün çox əziz bir insandır. O, vaxtilə mənə ilk dəfə aktyor sənətinin əlifbasını öyrədib, müəllimim olub və ümumiyyətlə, həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev söyləyib.

"Təbii ki, hər kəs Şahmar Ələkbərovun istedadlı aktyor, rejissor olduğunu bilir. Ən əsası, onu qeyd etmək istərdim ki, bu gün xatirə gecəsində hamı onun qəlbigeniş insan olduğunu söylədi. Tədbirdə bu qədər insanın iştirakı bunu bir daha sübut edir", - deyə C.Quliyev bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə