UNESCO-da Türkiyənin 20-ci mirası qeydə alınıb

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşdığı mesajda sözügedən mövzu ilə bağlı bildirib ...

Paytaxt Ankaranın Polatlı rayonunda antik dövrün ən mühüm arxeoloji abidələrindən biri olan Qordion antik şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO tərəfindən "Dünya mirası" elan edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşdığı mesajda sözügedən mövzu ilə bağlı bildirib: "UNESKO-nun Ümumdünya İrsi Siyahısına 20-ci mülkümüzü qeydiyyatdan keçirdik. Ankaranın unikal mədəniyyət sərvətlərindən biri olan Qordion antik şəhəri "Dünya mirası" sayıldı. Ancaq işlər hələ bitməyib. UNESCO-dan yeni şad xəbərlər gözləyirik. Anadolunun taxta dəstəkli məscidlərindən almağı gözlədiyimiz müjdə ilə Dünya İrsi Siyahısındakı sayımızı daha da artıracağıq".

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında alınan qərarla artıq Frigiya mədəniyyətinin paytaxtı Qordion “Dünya irsi” olaraq qorunacaq.

Yaşayış yerinin ən qədim və uzunmüddətli nadir ərazilərindən biri olan Qordionda insanlar eramızdan əvvəl 2500-cü illərdə (Erkən Tunc dövrü) məskunlaşmaya başlamış və bu gün də bu antik şəhərə bitişik Yassıhöyükdə həyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə