Birinci Səhnə prodüser mərkəzi laçınlıların qonağı olub

Birinci Səhnə prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən Səhnə teatrı Səhnə Tv ilə birlikdə hazırladığı proqramla laçınlıların qonağı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mərkəzinin direktoru Elçin Hacı məlumat verib.

Onun sözlərinə görə, proqrama Laçın folkloru əsasında hazırlanmış “Laçın lətifələri” ( Prodüser Elçin Hacı, səhnələşdirən Xaqani Əliyev, rejissor Elşad Rəhimzadə ) tamaşası, Elşad Rəhinzadənin təqdimatında kukla şousu və Laçın bölgəsinin tarixinə, abidələrinə, xalçalarına və qəhrəmanlarına həsr edilmiş xronoloji video təqdimatlar daxil idi. Məxsusuq olaraq laçınlılar üçün hazırlanmış tamaşa və video təqdimatlar ilk dəfə olaraq göstərilirdi.

“Səfərimiz üç gün davam etdi. Kukla şousu uşaqlarda xüsusi maraq oyatdı. Məhz Laçının folkloruna müraciət etdiyimizi ürəkdən bəyənən və alqışlarla qarşılayan tamaşaçılar daha bir proqramla bizi gözləyəcəklərini bildirdilər”,-deyə E.Hacı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə