“Sevilfest-2023” IV Beynəlxalq Qadın Sənədli Film Festivalı
Sentyabrın 15-dən 22-dək Azərbaycanda “Sevilfest-2023” IV Beynəlxalq Qadın Sənədli Film Festivalı olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, filmlər Bakı, Şəki və Lənkəran şəhərlərində göstəriləcək.
Festivalını açılış mərasimi sentyabrın 15-də Bakı vaxtı ilə saat 19:00-da Azərbaycanın paytaxtında start götürüb.
Ölkədə müstəqil sənədli film festivalı olan “Sevilfest” qadınların problemlərinə həsr olunur və 2020-ci ildən bəri keçirilir.
Builki festival “Bu, sizin ölkənizdə yoxdur” devizi altında və təcrübə mübadiləsi şəraitində təşkil olunub və unikal mədəniyyət hadisəsi kimi, bir sıra imkanlar təqdim edəcək.
Kinofestival yerli və beynəlxalq kinematoqrafçılara regional tədbirlərdə iştirak etmək və əhalini sənədli film sənayesi haqqında geniş məlumatlandırmaq imkanı yaradır.
“Sevilfest” qadınların və marginal qrupların həyat hadisələrini paylaşmaq və diqqəti onların sosial problemlərinə yönəltmək məqsədilə kinematoqrafçıları və kino həvəskarlarını öz ətrafında birləşdirir. Bu tədbir çərçivəsində 4 il ərzində ölkənin müxtəlif regionlarında çoxsaylı film nümayişləri təşkil olunub. Ümumilikdə, Azərbaycanın 8 şəhərində 2600-dən çox iştirakçının cəlb edildiyi 125 nümayiş keçirilib.
Festivalın münsiflər heyətinin üzvləri arasında rejissor və jurnalist Atanur Nəbiyeva, sənədli filmlərin rejissoru Ketevan Vaşaqaşvili, ictimai xadim və qadın hüquqları müdafiəçisi Ülviyyə Babasoy, rejissor və kinoşünas Şarofat Arabova, fotoqraf Rəna Əfəndi, “Qızlar kinoda” platformasının nümayəndəsi Rebekka Reyni var.
Festivalın adı Cəfər Cabbarlının qadın azadlığı mövzusunda qələmə aldığı “Sevil” pyesindən götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB