29-cu Sarayevo Film Festivalının (SFF) mükafatçıları bəlli olub.
SİA-nın əldə etdiyi məlumata görə, “Sarayevonun ürəyi” adlandırılan mükafatlar paytaxt Sarayevodakı Milli Teatrda təşkil edilən mərasimdə sahiblərinə verilib.
Avqustun 11-də start götürən Sarayevo Film Festivalında bədii, qısametrajlı, sənədli və tələbə filmləri kateqoriyalarında 49 film mübarizə aparıb.
Elene Naverianinin “Blackbird Blackbird Blackberry” filmi “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
"La Palisiada" filminin rejissoru Filip Sotnıçenko isə ''Ən yaxşı rejissor'' mükafatına layiq görülüb.
Yovan Giniç "Lost Country" filmindəki roluna görə "Ən yaxşı aktyor'' mükafatına, Yekaterine Çavleişvili isə "Blackbird Blackbird Blackberry" filmindəki roluna görə "Ən yaxşı aktrisa'' mükafatına layiq görülüb.
Rejissor Nemanya Vojinoviçin “Şüşəçilər” filmi “Ən yaxşı sənədli film” mükafatına, rejissor Sara Jurinçiçin “Valeriya” filmi də “Ən yaxşı qısametrajlı sənədli film” mükafatına layiq görülüb.
Flora Anna Buda "27" filminə görə "Ən yaxşı qısametrajlı film", rejissor Anna Gyimesi isə "Falling" filminə görə "Ən yaxşı tələbə filmi" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB