Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. SİA xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La Skala” teatrına təcrübə toplamağa göndərildi.
O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.
1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Mourinyoya şad xəbər
İdman 17:39“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Sosial 17:25Oman sahillərində neft tankeri minaya düşüb
Dünya 17:17“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 16:16Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Sosial 15:15Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Hadisə 15:15Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
İqtisadiyyat 13:33Azərbaycanda şənbə günü hava dumanlı olacaq
Sosial 13:16Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 12:42Tarixdə əbədi yaşayanlar
Təhsil 12:30Əmək Məcəlləsinə dəyişiklik edilir
Siyasət 11:52Səfirlik həm də Vətənin qürbətdəki evidir…
Mədəniyyət 11:37Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Sosial 11:25Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
İqtisadiyyat 11:24Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:01Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 10:30Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:29“Gömrük tarifi haqqında” Qanunda bir sıra dəyişikliklər nəzərdə tutulub
İqtisadiyyat 10:28AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
İqtisadiyyat 10:25Ev təsərrüfatının elektron uçotu vergi öhdəliyi yaradacaq? - RƏY
İqtisadiyyat 09:15Avroliqada gecənin NƏTİCƏLƏRİ
İdman 04:06Xaçmazda "Jiquli"nin vurduğu piyada ölüb
Hadisə 00:23"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT
Dünya 26 Noyabr 23:19Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 26 Noyabr 23:03"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi
İdman 26 Noyabr 22:31AZAL-ın ötənilki qazancı açıqlandı - 1,2 milyard manat!
Sosial 26 Noyabr 22:19Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 26 Noyabr 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 26 Noyabr 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 26 Noyabr 21:27Psixoloq stressi daxili güc mənbəyinə necə çevirməyi izah etdi...
Sosial 26 Noyabr 21:05Keçmiş Buş müttəfiqi Ukraynanın NATO-ya qoşulmasına çağırdı...
Dünya 26 Noyabr 20:51Putinin ordusu gözümüzün qabağında əriyib yox olur...
Dünya 26 Noyabr 20:25Çinin Sakit okeandakı hərbi ambisiyaları fiaskoya çevrildi...
Dünya 26 Noyabr 20:06Atlantic Council: Dünya Ukraynanın necə super gücə çevrildiyini uyudu…
Dünya 26 Noyabr 19:48Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Dünya 26 Noyabr 19:43BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır...
Dünya 26 Noyabr 19:27Əməkçi miqrant kimi Rusiyaya gələ bilərsiniz, amma ailəsiz...
Dünya 26 Noyabr 19:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
+0,11%
-
GBP
2,2298
+0,12%
-
RUB
2,0757
+0,94%



