Küveyt ictimai əxlaqı və sosial adətləri qorumaq üçün "Barbie" və "Talk to Me" filmlərini qadağan etdi.
SİA xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi “KUNA”nın yazdığına görə, İnformasiya Nazirliyi mətbuat və nəşriyyat müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii “Barbie” və “Talk to Me” filmlərinin nümayiş olunmayacağını bildirib: “Bu filmlərin cəmiyyətin əxlaqını və ictimai adət-ənənələrini qorumaq səyləri çərçivəsində nümayişinə qadağa qoyduq. Komitə bütün filmlərin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesajlar varsa, onun yayımlanması qadağandır. Bu, xalqımızın dəyərlərinə və adət-ənənələrinə uyğun gəlməyən istənilən məzmunlu filmlərə aiddir”.
Xatırladaq ki, Livan da “Barbie” filminin əxlaqi və dini dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB