Beləliklə, Tom Henksin baş rolda çəkildiyi və boş bir adada qalan bir adamı canlandırdığı Yeni Həyat -''Cast Away" filminin ssenarisi gerçək oldu.
Avstraliyanın Sidney şəhərində yaşayan 51 yaşlı Tim Şeddok iti Bella ilə aprel ayında Fransız Polineziyasına getmək üçün Meksikanı tərk edib.
Meksikanın La Paz şəhərindən yola düşən Tim Şeddokun gəmisində qeyri-sabit hava şəraiti səbəbindən nasazlıq yaşanıb. Və beləliklə külək onu Şimali Sakit okeanında sürüklənməyə başlayıb.
Tutduğu çiy balıqdan yeyib, yağış suyu içərək iki ay sağ qalan Şeddok və iti bir helikopterin onları görməsindən sonra xilas edilib.
SİA-nın əldə etdiyi məlumata görə, Tim Şeddok deyib: "Dənizdə çox çətin sınaqdan keçdim. Sadəcə istirahətə və yaxşı yeməyə ehtiyacım var. Amma bunlara baxmayaraq, səhhətim çox yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB