Azərbaycanlı rejissor beynəlxalq film festivalına dəvət edilib

Azərbaycanlı rejissor beynəlxalq film festivalına dəvət edilib

Azərbaycanlı prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

Müsabiqədə 12 ölkədən 8 film iştirakı edəcək.

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə