Zirvə islahatlara dəstək ictimai birliyi mükafatlandırma mərasimi keçirib -FOTOLAR
Bu gün "Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronovanın və Elçin Axundzadənin təşkilatçılığı ilə beynəlxalq “Qızıl Disk” mükafatlarının təqdimatı keçirilib. SİA xəbər verir ki, mükafatlandırma mərasiminə Azərbaycan və Türkiyə Cümhuriyyətindən tanınmış mədəniyyət və incəsənət xadimləri, iş adamları, müğənnilər, media əməkdaşları təşrif buyurub.
Tədbirin açılışında Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Elçin Axundzadə Azərbaycanın fəth etdiyi zirvələrdə Heydər Əliyevin imzasından, Ümummilli Liderin özünün həyatına verdiyi töhfələrdən danışıb. O, bildirib ki, Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra həyatı tamamən dəyişib və o dönəmdən bəri həyatında hansı uğur əldə edibsə bu məhz Heydər Əliyev sayəsində olub.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. "Qızıl Disk"lə tərtif olunan bütün qonaqlar tək-tək səhnəyə dəvət edilib. Onlar, tədbirin mahiyyətindən, əhəmiyyətindən danışıb, mükafat alanları təbrik ediblər.
Tədbirin əyləncə hissəsi maraqlı şoular ilə yadda qalıb.
Sözügedən "Qızıl Disk" mükafatının laureatlarından biri də Səs qəzetinin icraçı direktoru Vəli Vəliyev olub. "Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronova mükafatı təqdim edərkən Vəli Vəliyevə mətbuat sahəsində göstərdiyi müstəsna xidmətlərə görə dərin təşəkkürünü bildirib.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB