9 iyun 2023-cü il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 saylı onbirillik Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə dünya şöhrətli, əvəzedilməz möcüzəvi səsə malik müğənni, görkəmli sənətkar Rəşid Behbudovun xatirəsinə həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” adlı anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, musiqişünas Natəvan Əhmədova görkəmli sənətkarın keçdiyi keşməkeşli həyat yolu və yaradıcılığı haqqında maraqlı məruzə ilə çıxış edib.
Tədbirdə sənətkarın yaradıcılıq yolunu işıqlandıran videolent yazıları nümayiş etdirilib. Məktəbin şagirdləri Rəşid Behbudovun repertuarından seçilmiş bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB