“Sən elə bir zirvəsən” - FOTOLAR

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib

30 may 2023-cü ildə G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konsert keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak edib.

Tədbiri aparıcı məktəbin piano müəllimi Nərmin İsgəndərova açaraq qeyd etdi ki, “Hörmətli qonaqlar, əziz müəllimlər və tədbir iştirakçıları bugün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Hesabat Konsertinə toplaşmışıq.

Bildiyimiz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edildi. Xalqımızın taleyinə düşən dahi şəxsiyyətlər onun tarixinə yeni-yeni səhifələr yazmaqla Azərbaycanımızın adını yüksək zirvələrə qaldırıb və özləri də əbədiyaşarlıq qazanıblar. Belə əbədiyaşar və dahi şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir.

“Hamımızın bir vətəni var. Bu - Azərbaycandır!” kimi ata sözünə çevrilmiş müdrik kəlamı ilə dünyanın müxtəlif qitələrinə səpələnmiş azərbaycanlıların Vətən amalı uğrunda birləşməsi, dünya azərbaycanlıları ilə iş üzrə Dövlət Komitəsi yaranması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, dahi Heydər Əliyev siyasətinin təzahürüdür”.

Çıxışlardan sonra söz musiqiyə verildi. Tədbirdə məktəbin şagird və müəllim heyəti çox böyük coşğu ilə çıxış edərək, Azərbaycan və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirdilər. A.Abbasovanın “Slüh nəğməsi”, Ə.Cavanşirovun “Heydər babamız” kimi nəğmələr tamaşaçıların zövqünü oxşayırdı.

Tədbirin proqramından kiçik bir hissəni təqdim edirik:

Dello Joyo.İfa edir: Məktəbin xor kollektivi Xormeyster: Z.lbrahimova Konsertmeyster: D.İsgəndərova.
“Bezdeluşka “ İfa edir: II sinif şagirdi Əbdülcabbar Abbaslı. Müəllim: G.Əliyeva.
L.Piriyeva.“Prelüdiya və skertso” İfa edir: Müəllif. Müəllim: S.Əliyeva - Qəmbərova.

A.Gəray.“Baxçakürd”. İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları VIII sinif şagirdləri Zəhra Sadıqova və Ziba Səfərli. Müşayiət edir: X sinif şagirdi Məhəmməd Bağırov. Müəllimlər: G.Eyvazova - Nəsibova, Z.Şıxəliyeva.

D.Şostakoviç. “Prelüdiya” İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları VII sinif şagirdi Fatimə Məmmədova və X sinif şagirdi Leyli Nəcəfova Müəllim:İ. Semyonova.

N.Əliverdibəyov “Elegiya".İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı VIII sinif şagirdi Elvin Rəhimov. Müəllim: Respublikanın Əməkdar Mədəniyyət işçisi Z.Həsənov Konsertmeyster: K.Ələsgərova.
F.Əmirov. “Prelüdiya №2”. İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı VIII sinif şagirdi Fidan Sultanova .Müəllim:N. İsgəndərova.

V.Yaqubov “ Ya xoçu prosnutsa v Karabaxe”. İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı X sinif şagirdi İsgəndər Həsənzadə. Müəllim: Y.Məmmədova. Konsertmeyster:L.Bağırzadə.
Aşıq havası “Baş dübeyti” İfa edir: Saz ansamblı. Müəllim: A.Alnağıyev.

H.Rzayev “ Çahargah rapsodiyası” İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları XI sinif şagirdi Ikram Abdullazadə.X sinif şagirdi Nərgiz Rəcəbova Müəllimlər: E.Əmrahov , I.Cəfərova Konsertmeyster: D.İsgəndərova və s..

Tədbirin sonunda məktəbin direktoru Vəfa Həziyeva məktəbdə görülən işlər haqqında məlumat verdi, müəllim və şagird kollektivindən razılığını ifadə etdi. Həmçinin direktor V.Hacıyeva tədbirin qonaqları  Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə, Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimovaya, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorlarına tədbirdə iştiraklarına görə öz səmimi təşəkkürünü bildirdi.

Sonra söz Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verildi. İbrahim müəllim çıxış edərək bildirdi ki, “Bakı şəhərində 37 musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir və bu məktəblərin yekun konsertlərində iştirak etmişik. Bir neçə ildən sonra bu məktəbin məzunları ali məktəblərə, eyni zamanda Milli Konservatoriyada öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bu gün bu gözəl tədbirin təşkilinə görə G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru, müəllim və şagird heyətinə öz təşəkkürümü bildirirəm və uğurlar arzulayıram”.

Respublikanın Xalq artisti Elmira Rəhimova da çıxış edərək qeyd etdi ki, “Bizim davamçılarımız bu gözəl şagirdlərdir. Mən inanıram ki, bu şagirdlərin sorağı dünyanın bir çox ölkəsindən gələcəkdir. Konsert mənim çox xoşuma gəldi və sonda təşkilatçılara öz minnətdarlığımı bildirirəm”.

Məhəmmədhüseyn Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə