"Ulu Öndərin sənətə böyük hörməti var idi" - XALQ ARTİSTİ DANIŞDI

“Bu il Ulu Öndərin 100 illik yubileyi münasibətilə müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Müasir Azərbaycanın memarı, qurucusu olan Heydər Əliyev bir çox sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət göstərib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın xalq artisti Hacı İsmayılov deyib.

Onun sözlərinə görə, sənət adamları yaxşı bilir ki, Ulu Öndər işinin çox olmasına baxmayaraq, hər zaman teatrlara gedir, tamaşaları izləyirdi: “Tamaşadan sonra isə aktyor heyəti ilə görüşür, müzakirələr aparır, onları təbrik edərdi. Ümummilli Lider teatrı müqəddəs yer, tərbiyə ocağı, orada çalışanları isə fədakar olaraq qiymətləndirərdi. Ulu Öndərin sənətə böyük hörməti var idi. O mədəniyyəti yüksək olan xalqın hər zaman irəli gedəcəyini deyərdi. Ümummilli Liderin xatirəsi isə hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə