"Qızıl Disk" mükafatlandırma mərasimi keçirilib - YENİLƏNİR-FOTOLAR

“Zirvə” islahatlara dəstək mərkəzi İctimai Birliyinin mətbuat xidmətinin rəisi Nüranə Andronovanın və Elçin Axundzadənin təşkilatçılığı ilə beynəlxalq “Qızıl Disk” mükafatlarının təqdimatı keçirilir. SİA xəbər verir ki, mükafatlandırma mərasiminə Türkiyə Cümhuriyyətindən tanınmış mədəniyyət və incəsənət xadimləri təşrif buyurub.

Tədbirin açılışında Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Elçin Axundzadə Azərbaycanın fəth etdiyi zirvələrdə Heydər Əliyevin imzasından, Ümummilli Liderin özünün həyatına verdiyi töhfələrdən danışıb. Tədbirin aparıcısı "Səs" İnformasiya Agentliyini xüsusən təbrik edib, uğurlarının davamlı olmasını arzu edib.

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə