"Ulu Öndəri düşünərkən" adlı rəsm müsabiqəsi keçirilib -YENİLƏNİR-FOTOLAR

Bu gün “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların sərgisi və müsabiqənin yekunu keçirilir. SİA xəbər verir ki, müsabiqədə iştirak edən şagirdlərin əsərləri Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxxəssislərindən ibarət komissiya tərəfindən qiymətləndirilib.

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə