27 nömrəli UMM Ulu Öndərin 100 illiyi ilə bağlı hesabat konserti keçirib - FOTOLAR

May ayının 23-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Bakı şəhəri Sabunçu rayon 27 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib. Konsertdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəbin direktorları və valideynlər iştirak ediblər.

Tədbiri açıq elan edən aparıcı qeyd edib ki, hesabat konserti Ümummilli Lider Heydər Əliyevin 100-illiyinə həsr olunub. 27 saylı uşaq musiqi məktəbi tərəfindən təşkil olunmuş tədbirdə şagirdlərdən Mehdizadə Züleyxa, Salmanova Gülay, Dadaşzadə Nuray, Həmzəyeva Minayə, Mehdizadə Əbdüləli, Zeynallı Mədinə, Zeynallı Tural Ulu Öndərə həsr edilmiş şeirləri təqdim ediblər.

Sonra konsertdə Həsənova Fidan (Vasif.Adıgözəlov, “Elegiya”), Zeynallı Tural və Zeynallı Mədinə (Mark.Şmitç “Narıncı buqi”), Hüseynov Ağasəlim Əmirli Sevdanın müşayəti ilə (Səid Rüstəmov “Alagöz”), Dadaşov Elçin (Fikrət.Əmirov “Vals”), Dadaşzadə Nuray (Nino.Rota “Xaç atası”) Mövsümova Səkinə (Elmira.Nəzirova “Prelyud”), Vəliyeva Fatimə (Fridrix.Şubert “Serenada") və digərlərinin ifasında əsərlər səsləndirilib.

Konsertin sonunda 27 nömrəli məktəbin direktoru Etibar Abdullayev konsertdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib: "Biz məktəbin müəllim heyəti bundan sonra da üstümüzə düşən vəzifəni layiqincı yerinə yetirib, istedadlı şagirdlər yetişdirəcəyik. Bildiyiniz kimi, məktəbin şagirdləri günü-gündən fəallaşır, müəllimlər isə onlara keyfiyyətli dərs deməklə bərabər, keyfiyyətli sənətkar yetişdirirlər. 27 nömrəli Uşaq Musiqi Məktəbinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yekun konsertində hər birinizi xoş gördük. Bildiyiniz kimi, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yübuleyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev Azərbaycan xalqı üçün Ümumilli lider, dünya üçün ümumbəşər dəyəridir. Ulu Öndər Heydər Əliyevin kəlamı ilə konsertimizi açıq elan edirik. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!".

Konsertin sonunda bir daha tədbir iştirakçılarına və təşkilatçılara dərin minnətdarlıq ifadə olunub.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə