2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərini - Qarabağın tacını işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi, hərb meydanında olduğu kimi, diplomatiya meydanında da Azərbaycanın uğurlarını şərtləndirdi və xalqımızın tarixinə Zəfər Günü kimi yazıldı.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa Azərbaycanın şəhərsalma mədəniyyətinin parlaq incisi kimi bərpa edilir - Mehmandarovların malikanə kompleksi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirmişdir. Bu baxımdan Şuşa işğaldan azad edildikdən sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə, xüsusilə Şuşada 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlamışdır. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi fəal dəstəyini göstərir. Aparılan genişmiqyaslı işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.
Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu artıq Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin, Milli Xalça Muzeyinin Şuşa filialının, Yaradıcılıq Mərkəzinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin bərpa olunan məzarı və digərləri daxildir.
Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. 2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər.
Şuşanın tanınmış Mehmandarovlar soyu
Qeyd etmək lazımdır ki, Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olub. Bununla yanaşı, mehmandarlar xanlığa gələn qonaqların məktublarını saraya, xanın məktublarını isə onlara çatdırmaq vəzifəsini də yerinə yetiriblər. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin və oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə bu şərəfli və məsuliyyətli vəzifəni Mirzə Əli bəy həyata keçirirdi. Bu səbəbdən də 1830-cu illərdə Azərbaycanda yeni soyadı sistemi formalaşarkən Mirzə Əli bəyin övladları və bu nəslin görkəmli nümayəndələri babalarının keçmiş vəzifəsini özlərinə soyadı götürmüş və bütün rəsmi dövlət sənədlərində Mehmandarovlar kimi qeydə alınmışlar.
Mirzə Əli bəy yaşı ilə əlaqədar mehmandarlıq vəzifəsindən istefaya çıxarkən Mehdiqulu xan Cavanşir bir çox mükafatlarla yanaşı, ona Şuşanın qədim 17 məhəlləsindən biri olan, “Təzə məhəllə” adı ilə tanınan yerdə əlavə torpaq sahəsi də bağışlamışdı. Mirzə Əli bəy də burada o dövrün tanınmış memarı olan Kərbəlayi Səfixan Qarabağinin rəhbərliyi ilə heç bir binaya bənzəməyən malikanə tipli saray kompleksi inşa etmişdi. Qarabağ xanının mehmandarı Mirzə Əli bəyin üç oğlu olub: Mirzə Həsən bəy, Mirzə Sadıq bəy və Mirzə Mustafa bəy.
Mirzə Əli bəyin oğlu Mirzə Sadıq bəy Mehmandarov dövlət xidməti ilə əlaqədar Lənkəranda yaşayıb. Mehmandarovlar soyunun görkəmli xadimlərindən olan Mirzə Sadıq bəyin oğlu, general Səməd bəy Mehmandarov 1856-cı ildə Lənkəranda anadan olub. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Səməd bəy Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdı. Onun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, ən başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmışdı. 1918-ci il noyabrın 1-də o, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirin müavini, həmin il dekabrın 25-də isə hərbi nazir təyin edildi və qısamüddətli fəaliyyəti dövründə 30 minlik milli ordu yaratmağa nail oldu. 1928-ci ildə Səməd bəy Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunub. O, rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində İslam tarixi və fəlsəfəsi ilə məşğul olan Səməd bəy Mehmandarov 1931-ci ildə Bakıda vəfat edib.
Mirzə Mustafa bəy Mehmandarov “Təzə məhəllə” sakinləri üçün su çəkdirmişdi
Mirzə Əli bəyin kiçik oğlu Mirzə Mustafa bəy Mehmandarov 1825-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa qəza məktəbini bitirən Mustafaya savadlı olduğuna görə şuşalılar “Mirzə” deyə müraciət etmişlər. 1843-cü ildə Şuşa qəza idarəsində katib işləmiş Mirzə Mustafa bəy Mehmandarov 1870-ci ildən Şuşa və Zəngəzur qəzalarında seçki üzrə ali müsəlman silkindən Şuşa bəy komissiyasının üzvü olmuş, kollec katibi, müşavir, xeyriyyəçi, xəttat, publisist kimi tanınmışdır. Şuşada qardaşı oğlu Qasım bəy Mehmandarovla birlikdə susuzluqdan əziyyət çəkən “Təzə məhəllə” sakinləri üçün 1899-cu ildə su çəkdirmiş və hər ikisinin vəsaiti hesabına yerli daşlardan memarlıq abidəsi sayılan gözəl bir bulaq tikilmişdir. “Təzə məhəllə” bulağı adlanan bu bulaq bir əsrə yaxın, yəni, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalına qədər məhəllə sakinlərinin ehtiyacını təmin edib.
Mirzə Mustafa bəyin böyük oğlu, ilk ali təhsilli azərbaycanlılardan biri olan Əbdülkərim bəy Mehmandarov 1854-cü ildə Şuşada anadan olub. O, Şuşa qəza məktəbini əlaçı şagird kimi, daha sonra 1872-ci ildə Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olub. 1877-ci ildə akademiyanı bitirib Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyib. O, 1881-ci ildə 162-ci Axaltski piyada alayının kiçik həkimi vəzifəsinə təyin edilib, 1883-cü ilin yanvarında isə Yelizavetpol quberniyasının Cavanşir qəzasına həkim göndərilib. Bununla da o, hərbi xidmətdən mülki xidmətə keçmiş və sonrakı bütün fəaliyyətini doğma Qarabağda səhiyyə və mədəni-maarif işlərinə həsr edib. 1893-cü ildə Qafqaz həkimlərinin Tiflisdə keçirilən birinci qurultayında fəal həkim kimi iştirak etmiş və bölgədəki vəba epidemiyası haqqında hesabat vermişdi.
Əbdülkərim bəy Mehmandarov 1895-ci ildən həkimlik fəaliyyətini Ağdamda və Şuşada davam etdirmiş, sonra Şuşada əvvəlcə “Difai” Partiyası Şuşa komitəsinin sədri, daha sonra isə komitənin əsasında yaradılan Qarabağ Birlik Məclisinin rəhbəri olmuşdu. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz mülki idarəsinin əmri ilə Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasına həkim təyin edilib. On il burada işləyən Əbdülkərim bəy 1895-ci ildən Şuşa qəzasında kənd həkimi vəzifəsində çalışıb. Həmin ildə Məmmədrza ağa Vəkilov və Əbdülxalıq Axundov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib. Onun xeyriyyəçilik fəaliyyəti daha geniş olub, Əhməd bəy Ağaoğlu ilə birlikdə Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb və qiraətxana açıb. O, həm də Şuşa Xeyriyyə Cəmiyyətinin sədri kimi bir çox xeyirxah işlər görüb. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qızlar məktəbi açılıb. Onun Şuşadakı xeyriyyəçilik fəaliyyətində Həmidə xanım Cavanşirin çox böyük köməyi olub. Əbdülkərim bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə də səhiyyənin inkişafı, əhaliyə tibbi yardımın təşkili işləri üçün böyük xidmət göstərib. Sovet hakimiyyəti onu siyasi baxışlarına görə təqib edib, ona fiziki və mənəvi iztirablar verib. O, 1929-cu ildə vəfat edib.
Əbdülkərim bəy Mehmandarovun oğlu Rəşid bəy Mehmandarov 1887-ci ildə Şuşa şəhərində anadan olub. O, şəhər realnı məktəbini bitirdikdən sonra Tiflis hərbi məktəbinə daxil olub. Rəşid bəy Mehmandarov Kiyevdə ali təhsil alıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun zabiti kimi xidmət edib. O, 1937-ci ildə qardaşı Ədil bəy Mehmandarov kimi tutulub Bakıya aparılıb və 1938-ci ildə güllələnib.
Rəşid bəyin qardaşı Ədil bəy Mehmandarov 1889-cu ildə Şuşada anadan olub. O, Şuşa realnı məktəbini bitirəndən sonra Bakı şəhərində feldşerlik kursunda oxuyub. Ədil bəy Mehmandarov bir müddət Şuşa şəhər xəstəxanasında çalışıb. Sonra Kiyev Politexnik İnstitutuna daxil olub, burada Qafqaz Həmyerlilər Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərib. Daha sonra doğma şəhərə qayıdıb və ictimai-siyasi fəaliyyətlə məşğul olub, şəhər bələdiyyəsində işləyərək Şuşanın abadlığı üçün çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra 1927-ci ildə siyasi fəaliyyətinə görə həbs edilib. Lakin bir müddət sonra azadlığa buraxılıb, müəllimliyə başlayıb, Şuşa Pedaqoji texnikumunda dərs deyib. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunsa da, azad edildikdən sonra iş yerinə qayıdıb. Sonuncu dəfə 1937-ci ildə tutularaq Bakıya aparılıb və güllələnib.
Qeyd etmək lazımdır ki, memarlıq abidəsi sayılan Mehmandarovlara məxsus malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib. Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1985-ci il 26 sentyabr tarixli 502 nömrəli əmrinə əsasən qoyulub. XIX əsrə aid tarixi memarlıq abidəsi olan Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksində 1987-ci il 19 may tarixindən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğalı zamanı filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib. Bundan əvvəl isə sovet dövründə Mehmandarovların böyük yaşayış binasında Şuşa Şəhər Xəstəxanası fəaliyyət göstərib. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi isə “Yaşıl Aptek” kimi fəaliyyət göstərib.
Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Bununla yanaşı, malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Həmçinin məscidin “Güldəstə”si restavrasiya olunub. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.
Görülmüş işlərdən sonra malikanə kompleksində “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.
Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Artıq burada ziyarət edən hər bir kəs özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 2023-cü il mayın 11-də Mehmandarovların malikanə kompleksində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Ən diqqətçəkən məqamlardan biri də konsertə Mehmandarovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluq etməsi idi. Bərpa işlərindən sonra malikanənin bu nəslin nümayəndəsinin dirijorluğu ilə möhtəşəm konsert proqramına ev sahibliyi etməsi Azərbaycan tarixində iz buraxmış Mehmandarovlar soyunun dünyadan köçmüş nümayəndələrinin xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Beləliklə, maarifçilik beşiyi və mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir və mədəni-dini abidələr bərpa edilir. Şuşanın həm tarixi-mədəni ənənələri, həm də tarixi-memarlıq abidələri Azərbaycanın zəngin şəhərsalma mədəniyyətinin parlaq incisi kimi bərpa olunur, Şuşanın əzəmətli ruhu canlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



