Ümummilli Liderin 100 illiyi ilə əlaqədar konsert təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri şöbəsinin qanun ixtisasi üzrə şagirdlərinin konserti təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, baş İdarədən verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin həmçinin torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən, xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edilib.

Konsertdə yerli və xarici bəstəkarların əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə