Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir.

SİA xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn ediləcək.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti ötən gün vəfat edib.

Qeyd edək ki, Xalq artisti Aftandil İsrafilovlov II Fəxri xiyabanda dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə