Aftandil İsrafilov II Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti Aftandil İsrafilovun dəfn yeri dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, Mədəniyyət Nazirliyindən verilən xəbərdə, onun, II Fəxri xiyabanda dəfn ediləcəyi bildirilib:

"Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək. Mərhum sabah saat 12:00-da II Fəxri xiyabanda dəfn olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə