Bakıdakı Rus Evində (RİMM) “Qələbə diktantı” adlı beynəlxalq tarixi aksiya keçirilib. Tədbirdə müəllimlər, tələbələr, şagirdlər və onların valideynləri iştirak ediblər. Diktantın iştirakçıları 45 dəqiqə ərzində 25 test tapşırığını yerinə yetiriblər, onlardan 20-si ümumi hərbi-tarixi, beşi isə - regional mövzulara aid olub. İlk dəfə olaraq diktantın tapşırıqları altı – Çin, serb, ispan, alman, fransız və ingilis dillərinə tərcümə olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Aksiyada ilk dəfə iştirak edən tələbə Aleksandra Teryayeva “Qələbə diktantı” ilə bağlı təəssüratlarını bölüşüb. O qeyd edib: “Bu cür maarifləndirici tədbirlərdə tez-tez iştirak etmək istərdim, çünki burada tarixlə bağlı bilikləri yoxlamaq və yeni məlumatlar öyrənmək imkanı var. Diktantın sualları asan deyildi, lakin mən onların bir çoxuna cavab verə bildim”.
Aksiyanın ən yaşlı iştirakçısı olan pensiyaçı Aleksandr Şumilov deyib ki, hər il diktantda iştirak edir. O əlavə edib: “Bu il diktant kifayət qədər mürəkkəb idi. Gələcəkdə hazırlıq kursları təşkil etmək olar”.
Aksiyada cəmi 50 nəfər iştirak edib. “Qələbə diktantı”nın keçirilməsində əsas məqsəd İkinci Dünya müharibəsindəki qələbə haqqında xatirəni qoruyub saxlamaq, bu xatirəni və onun haqqında məlumatları gələcək nəsillərə ötürməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB