COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır - Şeyxülislam

COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır və biz belə mötəbər tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq. SİA xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ikinci günündə baş tutan plenar iclasın yekununda deyib.

Allahşükür Paşazadə çıxışında vurğulayıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılan minalar əhalinin məskunlaşmasına mane olur və onların təhlükəsizliyinə təhdid yaradır. O, həmçinin əlavə edib ki, Dünya dini liderlərinin Qlobal Bakı Sammiti beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə