“Anti-Azərbaycan “koalisiyası” bu məsələdə də məğlub oldu” - ŞƏRH OLUNDU

“COP29 dünyanın ən mühüm tədbirlərindən biridir. Xüsusilə XXI əsrdə təbii fəlakətlərin artdığı, iqlim dəyişmələrinin həyatımıza siraət etdiyi bir dönəmdə COP-un əhəmiyyəti daha da artır. Buna görə də COP29-un ölkəmizdə keçirilməsi insanlıq, dünyamız və region üçün çox böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, COP-un siyasi tərəfi də mövcuddur: “Bu gün hər ölkə öz ərazisində beynəlxalq tədbir keçirə bilmir: “Ölkədəki sabitlik, mailiyyə vəziyəti, ölkənin prestiji və təcrübələrinə baxılır. Azərbaycan isə bu günə qədər çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu səbəbdən də Azərbaycanın COP29-a da ev sahibliyi etməyə texniki olaraq gücü çatır.
Digər tərəfdən Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin artan inkişafından, geosiyasi əhəmiyyətindən və bu sahədəki diplomatik qələbəmizdən xəbər verir. Çünki COP-da demək olar ki, bütün BMT ölkələri iştirak edir və bu tədbirə ev sahibliyi etmək istəyən ölkələr də çoxdur. Qərbdə anti-Azərbaycan koalisiyası da və bu ünsürlərlə Azərbaycanın COP-a ev sahibliyi etməməsinə nail olmağa çalışırdılar. Amma anti-Azərbaycan koalisiyası bu məsələdə də məğlub oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə