"Azərbaycan Gözəli -2018"in seçim turu keçiriləcək AÇIQLAMA

"Şou Prodakşn"-nın layihəsi olan "Azərbaycan Gözəli-2018"-in seçim turunun tarixi məlum olub. Bu haqda təşkilat komitəsindən SİA-ya açıqlama verilib: " "Şou Prodakşn"-nın layihəsi olan "Azərbaycan Gözəli" adlı milli gözəllik yarışması hər il bizim tərəfimizdən təşkil olunur. Bu yarışmaya maraq olduqca böyükdür. Bu il də yarışmanı yüksək səviyyədə təşkil edəcəyik. Yaşı 16-35 arası olan Azərbaycan xanımları buyurub qeydiyyat üçün müraciət edərək seçim turunda iştirak edə bilərlər. Yarışmada iştirak edən xanımların hər biri Azərbaycanın bir regionunu təmsil edəcək. Öncədən qeydiyyatdan keçməyən xanımlar seçim turunda iştirak edə bilməyəcəklər. Son qeydiyyat günü 27 noyabr tarixinə kimidir. Seçim turunun keçiriləcəyi tarix 1 dekabr, saat 12:00-dır".

Əlaqə: +994 559828012 @showproduction

"Azərbaycan Gözəli-2018" milli gözəllik yarışmasının informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

loading...