Baş redaktordan Natiq Ədilova – Söyüş alnınıza yazılıb!

Sənan Nəcəfov: “Abırın, həyan olsun, əgər yazdıqlarıma cavab olaraq yalan uydurursansa, sən də getdin mırzalı, tural siyahısına”

“Cəbhənin Fransaya qaçmış mətbuat xidmətinin rəhbəri son günlər deyəsən ancaq mənimlə bağlı paylaşım edir. Bunu içlərində nisbətən normal sayırdım”. SİA xəbər verir ki, bu fikirləri qhtxeber saytının baş redaktoru Sənan Nəcəfov AXCP sədri Əli Kərimlinin Fransada “siyasi mühacir” adı altında məskunlaşan mətbuat katibi Natiq Ədilovun facebook sosial şəbəkəsində onunla bağlı böhtan və yalanlara söykənən paylaşımlarına münasibətini açıqlayarkən deyib.

“Deyəsən sizə bolşevik əmiləriniz qəribə miras qoyub: "Pravda" qəzetinin adında "doğru" sözü yetərlidir, qalanı yalan da ola bilər”

Sənan Nəcəfovun qeyd etdiyinə görə, Natiq Ədilov dəfələrlə deyib ki, haqqında yalan məlumatlar yayılır, həyatına təhlükə var və s: “Amma özü narahat olduğu məsələni başqasına tətbiq edir. aZadlıq qəzetinin facebook səhifəsində bir məlumat, öz səhifəsində ikinci və yenidən mənsub olduğu qəzetin səhifəsində video məlumat paylaşıb. Hamısı da yalan! Deyəsən sizə bolşevik əmiləriniz qəribə miras qoyub: "Pravda" qəzetinin adında "doğru" sözü yetərlidir, qalanı yalan da ola bilər. O reportajlarda mənim adım, soyadım və vaxtilə işlədiyim qəzetdən başqa bütün deyilənlər yalandı. Rədd olub getmisən xaricə ölkədə baş verənlərdən xəbərin yoxdur”.

Baş redaktor əlavə edib ki, Natiq Ədilovun böhtan və yalanlarına onun özü kimiləri söyüş və təhqirlərlə rəylər yazırlar. Lakin onlar unudurlar ki, etdikləri təhqirlərinin hər birinin cavabı 5 qat artır: “Paylaşır, mayası yalan və söyüşlə yoğrulanlar da döşəyirlər söyüşlərdən. Təbii ki, cavabsız qalmırlar. Hər söyüş söyən cavabını 5 qat alır. Bu heç...”

“İndi soruşuram, Natiq, sən bununla sübut etmirsənmi ki, Kərimov Əlinin yalan mexaniziminin başında oturmusan?”

Sənan Nəcəfova görə, Natiq Ədilov AXCP sədri Əli kərimlinin yalan mexanizminin başında oturub, lakin yalanlarla kütləni uzağı bir-iki dəfə özünə tərəf cəlb etmək olar, sonradan kütlə anlayanda ki, onlara yalan danışırlar, bu zaman hər kəs həmin yalançılardan, şərbazlardan imtina edir. Baş redaktor son olaraq, Əli Kərimlinin mətbuat xidmətinin rəhbərinə bir neçə suallar ünvanlayıb və onu Tural Sadıqlı, Məhəmməd Mirzəli ilə eyniləşdirib: “İndi soruşuram, Natiq, sən bununla sübut etmirsənmi ki, Kərimov Əlinin yalan mexaniziminin başında oturmusan? Yalan məlumatlarla kütləni 1 dəfə, iki dəfə aldada bilərsən, həmişə aldatmağın mümkün deyil axı. Abırın, həyan olsun, əgər yazdıqlarıma cavab olaraq yalan uydurursansa, sən də getdin mırzalı, tural siyahısına. Onlar da eyni texnika ilə şər-böhtan yayırdılar, sən də. Fərqiniz nədir?

Söyüş alnınıza yazılıb!”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə