"Bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik". -ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl müqaviləsi qərarı ilə bağlı danışıb. SİA xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan bildirib ki, 9,3 milyon ton Ukrayna buğdasını dünyanın xidmətinə təqdim etməklə ərzaq böhranında nisbətən azalma təmin etdik:" Bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".
Ərdoğan qeyd edib ki, dünya yalnız siyasi baxımdan dəyişməyib:"Türk Əsri” insanların da varlıq məqsədini axtardığı bir zamanda hamımız üçün mayak kimi bələdçi olacaq. Bu səyin arxasında isə əldə etdiyimiz təcrübədən dərslər dayanır.Qlobal səviyyədə getdikcə özünü büruzə verən bu mənzərə, şübhəsiz ki, ətraflı müzakirəyə layiqdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə