ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo Türkiyənin Maliyyə Nazirinin müavini Yunus Elitaşa xəbərdarlıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi xəbər verib. Məlumatına görə, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, iki nazir müavininin telefon danışığı etdiyi bildirilir. Telefon danışığında Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etməsi müzakirə edilib: "Rusiya Ukraynaya müdaxiləsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Türkiyədən istifadə etməyə çalışır”.
Xatırladaq ki, Fevralın 24-də başlayan Rusiyanın Ukraynaya müharibəsində ABŞ başda olmaqla Qərb ölkələri indiyədək Rusiyanın bir çox dövlət qurumlarına, məmurlarına və oliqarxlarına qarşı sanksiyalar tətbiq edir.
Türkiyə isə hava məkanını Rusiyaya bağlamadı və Qərbin Moskvaya qarşı sanksiyalarını tətbiq etmədi. Ankara Ukrayna ilə Rusiya arasında davam edən müharibədə vasitəçi kimi çıxış etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB