AES bombardmanı Rusiya yoxsa Ukrayna edir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Avropa İttifaqını (Aİ) Zaporojye Atom Elektrik Stansiyasına ( AES) dair oyunları dayandırmağa çağırıb. SİA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova nazirliyin saytında dərc olunan bəyanatda Kiyevi bombardmanları dayandırmağa məcbur etməyə çağırıb.
Dərc olunan bəyanatda deyilir: “Biz Vaşinqtonu, Brüsseli və digər paytaxtları, xüsusən də Avropadakı paytaxtları Zaporojye Atom Elektrik Stansiyası ətrafında məsuliyyətsiz oyunlara və intriqalara son qoymağa, Kiyev hakimiyyətini stansiyanı və ona bitişik əraziləri bombalamağı dərhal dayandırmağa məcbur etməyə çağırırıq”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə