Trampın evinə basqın TƏFƏRÜATLAR

FTB basqından 2 ay əvvəl onun evindən sənədlər alıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın malikanəsinə basqın edilib. SİA "CNN" istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosu 2 ay əvvəl Trampın evindən məxfi sənədlər alıb. Hadisənin süjeti ilə bağlı təfərrüatlar ortaya çıxmağa başlayıb. Xəbərdə FTB və Ədliyyə Departamenti səlahiyyətlilərinə görüş zamanı Tramp sözügedən sənədlərin harada saxlandığını bildirib. Buradan götürülən sənədlərlə bərabər Milli Arxiv və Qeydiyyat İdarəsi itirilmiş sənədlərlə bağlı cinayət işini Ədliyyə Nazirliyinə göndərilib.
Trumpın sözçüsü sualları cavablandırıb: "Bazar ertəsi prezident Trump-ın evinə edilən görünməmiş və tamamilə lazımsız basqın, Bayden Administrasiyasının Ədliyyə Departamentinin silah kimi istifadə edilməsinin nəticəsi idi".

Bildirilib ki, onların müraciəti əsasında hündürlüyü təqribən 2 metr, eni isə 3 metr olan, şəxsi əşyalarının yerləşdiyi seyfi yoxlamağa icazə verib.

FTB basqınına icazə verən ABŞ hakimi Brüs Reynhartın bütün bu təfərrüatlardan xəbəri olub-olmaması ilə bağlı şərh vermədiyi və avqustun 5-də alınan axtarış qərarından sonra Trampın evinə basqın edilib.

FTB-nin apardığı istintaq çərçivəsində axtarışlardan sonra ABŞ-ın baş prokuroru Merrik Qarland axtarışla bağlı mətbuat konfransı keçirib. O, axtarış qərarını şəxsən imzaladığını təsdiq edib və bu qərarın elə də asan alınmadığını qeyd edib: “Biz bunu bütün amerikalıların konstitusiya hüquqlarını qorumaq və araşdırmalarımızın bütövlüyünü qorumaq üçün edirik”.

Aqil Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...