Dünyada ağalıq üzrə müharibəni kim qazanacaq? AÇIQLAMA

"Həm birinci, həm də ikinci dünya müharibəsindən sonra yeni dünya sistemləri yarandı". Bu sözləri SİA-ya açıqlamsında Politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, İkinci dünya müharibəsindən sonra dünyanın iqtisadi, siyasi, ideoloji baxışları demək olar ki, sıfırdan quruldu: "Yeni münasibətlər sistemi formalaşdı. Üçüncü dünya müharibəsi bilavasitə və ya birbaşa şəkildə getmir. Amma dünyada ağalıq uğrunda mübarizə, eyni zamanda, dünyanın gələcəyinin bütövlüyü ilə bağlı proseslər davam etməkdədir. Bir tərəfdən Rusiya və Çin digər tərəfdən ABŞ arasında ciddi şəkildə münaqişə getməkdədir. Qarşıdakı aylarda proseslər Ukrayna fonunda bir qədər ləngiyəcək. Çin və Tayvan istiqamətində gərginliyin artacağı proqnozlaşdırılır. Hər bir halda biz vacib geosiyasi faktorlar arasında mübarizənin şiddətlə çoxalacağının şahidi olacağıq. Bu mənada dünyada çağırış olacaq. Bu çağırışa yalnız geosiyasi faktorlar yox, regional oyunçular da müstəqil dövlətlərə qarışmaqla öz ambisyalarını həyata keçirmək istəyəcəklər".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...