ABŞ-ın keçmiş prezidentinin evinə basqın -TRAMP

FTB agentləri Trampın evinə basqın ediblər. SİA xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən Floridadakı malikanəsində Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən axtarış aparıldığını açıqlayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazılı açıqlamasında bildirib ki, Florida ştatının Palm Beach şəhərindəki evim indi mühasirədədir: "Böyük bir qrup FTB agenti tərəfindən basqın və zəbt edilib. Məndən öncə heç bir ABŞ Prezidentinin başına belə bir şey gəlməyib. Evimə bu xəbərsiz basqın lazım deyildi".

FTB isə Trampın Ağ Evdəki fəaliyyəti dövründə Floridadakı iqamətgahında məxfi qeydləri əldə edib-etməməsi ilə bağlı araşdırma ediblər.

Qeyd olunub ki, Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən Trampın evindən götürülmüş 15 qutu sənədlərdə aşkar edilmiş məxfi qeydlərin mövcudluğunu araşdırır.

Xatırladaq ki, federal qanunlar məxfi dövlət sənədlərinin qanunla müəyyən edilmiş icazə verilən yerlərdən çıxarılmasını qadağan edir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə