Blinken Türkiyəyə təşəkkür etdi ABŞ-TÜRKİYƏ

Xarici işlər naziri Çavuşoğlu ABŞ dövlət katibi Blinken ilə telefonda taxıl müqaviləsi və ikitərəfli əlaqələri müzakirə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı Ukraynadan taxıl ixracına dair əldə olunan razılaşma və bu məsələ ilə bağlı son hadisələr və ikitərəfli əlaqələr müzakirə edilib.
Dünən sosial media hesabından məsələ ilə bağlı açıqlama verən Blinken deyib ki, Ukraynadan yola düşən və Qara dənizi təhlükəsiz keçən ilk taxıl gəmisini alqışlayırıq: "Onların bölgələrə çatmaq üçün göstərdikləri səyləri təqdir edirik".
Taxıl daşınması müqaviləsi çərçivəsində Ukraynanın Odessa limanından yola düşən 27 min ton qarğıdalı daşıyan Sierra Leone bayraqlı 186 metr uzunluğunda quru yük gəmisi "Razoni" ötən axşam Türkiyə ərazisinin sularına daxil olub.
Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələrindən ibarət heyət gəmidə yoxlama aparıb, daha sonra gəmi Livana doğru hərəkət edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə