ABŞ-ın Kaliforniya ştatının cənubunda kolluqda başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyərək milyonluq evlərin yerləşdiyi zəngin yaşayış massivinə keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən verilən açıqlamada, Oranj qraflığının Laquna Nigel şəhərində baş verən yanğında ən az 20 evin yanaraq külə döndüyü bildirilib. Ötən gecə təxminən 80 hektar ərazini əhatə edən yanğınla əlaqədar təxliyə əmri verilib. Yanğın zamanı xəsarət alan və tələfatın olmadığı öyrənilib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB